Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə əlaqədar ictimailəşdirdiyi məsələyə münasibət bildirirərək qeyd edib ki, 1999-cu il 12 dekabr tarixində ölkəmizdə ilk dəfə keçirilmiş “Bələdiyyə seçkiləri”ndən sonra yerli özünüidarəetmə institutu Azərbaycan Respublikası Konstitusiyasına uyğun şəkildə davamlı olaraq formalaşmaqdadır.
Bələdiyyələr demokratik əsasda seçilmiş və yerli özünüidarətmə hüquqlarını yerinə yetirən, üzərinə götürdüyü problemləri həll edən, seçildikləri ərazilər üzrə sakinlər qarşısında mütəmadi olaraq hesabat verən və fəaliyyətinə görə məsuliyyət daşıyan kollegial bir qurumdur.
Bu gün ulu öndərimizin xeyir-duası ilə yaradılan və onun layiqli davamçısı ölkə Prezidenti ilham əliyevin qayğısı və diqqəti nəticəsində bələdiyyələrə mövcud problemlərin müstəqil həll edilməsinə geniş şərait yaradılır.”
Bələdiyyə sədri bələdiyyələrlə bağlı qəbul olunmuş Qanunvericilik aktlarını və bələdiyyələrin fəaliyyətindəki müsbət irəliləyişlərin mövcudluğunu diqqətə çatdıraraq bələdiyyə qulluqçularının peşə bayramı gününün təsis edilməsi təklifini alqışlayaraq bunun bələdiyyələrdə ruh yüksəkliyinin yaradacağına inandığını bildirir.
Belediyye.info